Tovuzda qadın qətlə yetirildi – Şübhəli qardaşı oğludur – Foto

Tovuzda qadın qətlə yetirildi – Şübhəli qardaşı oğludur – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuz rayonunda silahlı insident baş verib.

Tribuna.az  “Qafqazinfo” xəbər verir ki, rayon sakini 1961-ci il təvəllüdlü M.İsayeva odlu silahdan açılan atəşlə qətlə yetirilib.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Ülvi İsayev saxlanılaraq istintaqa təhvil verilib. Onun qadının qardaşı oğlu olduğu bildirilib.

Faktla bağlı araşdırma başlanılıb.