Tətil günlərində milli parkları hansı saatlarda ziyarət etmək olar? – FOTO

Tətil günlərində milli parkları hansı saatlarda ziyarət etmək olar? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yazın isti nəfəsi duyulur, Azərbaycanın hər guşəsində. Gəlməli, görməli, əlbəttə ki, təbiət, yaşıl istirahət, bir-birindən fərqli relyefə, landşafta malik milli parklarımızdır”.

Tribuna.az  xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva deyib.

O bildirib ki, bu bayram günlərində milli parklarda təbiətin oyanışını müşahidə etmək, təbiətin səssizliyinə qovuşmaq ən gözəl istirahətdir:

“Tətil günlərində istirahət üçün təbiəti seçən turistlərin üz tutduqları milli parklarımız hər gün saat 09:00-dan 18:00-dək açıqdır. Bütün milli parklarımız yolunuzu gözləyir”.