TƏRANƏ SƏMƏDZADƏNİN MƏHKƏMƏSİDİR… BÖYÜK QIZI İMTİNA ETDİ, BALACA KÖRPƏLƏR EVİNƏ VERİLİR…

TƏRANƏ SƏMƏDZADƏNİN MƏHKƏMƏSİDİR… BÖYÜK QIZI İMTİNA ETDİ, BALACA KÖRPƏLƏR EVİNƏ VERİLİR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həbsdə olan məşhur prodüsser Təranə Səmədzadənin böyük qızı anasının məhkəməsinə getməkdən imtina edib.

Tribuna.az yazır ki, bu barədə məlumatı prodüsserin böyük qızının yerləşdirildiyi Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşıb. O bildirib ki, T.Səmədzadənin iki qızının heç biri məhkəmədə iştirak etməyəcək:

“Bu gün Təranə Səmədzadənin məhkəməsidir. Qanuni nümayəndə kimi iştirak etməliyəm. Böyük qızı ümumiyyətlə məhkəməyə gəlməkdən imtina edir, balaca isə çox balacadır. Dünən özü ilə danışanda balacanın körpələr evinə gedəcəyini bildirdim. Böyük qızın anası ilə münasibətinin düzələcəyini düşünmürəm, çox təəssüf. Amma kaş ki, son şans verilə, cəzasını evdə çəkə. Balaca qızının ona çox ehtiyacı var…”.