Tehran İsrailə sərt xəbərdarlıq etdi: “Səfirliklər hədəf ola bilər”

Tehran İsrailə sərt xəbərdarlıq etdi: “Səfirliklər hədəf ola bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İsrailin Livandakı səfirliyinə mümkün hücum olacağı təqdirdə cavab addımı atacağını bəyan edib.

Tribuna.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndəsi Əbülfəzl Şekarçi açıqlama verib.

Onun sözlərinə görə, əgər İsrail Livandakı İran səfirliyini hədəfə alarsa, Tehran da İsrailin dünya üzrə bütün səfirliklərini legitim hədəf hesab edəcək.

“Bu vaxta qədər İsrailin (dünyadakı – red.) səfirlikləri bizim üçün maraq obyekti olmayıb. Lakin əgər İsrail Livandakı səfirliyimizi hədəfə alarsa, o zaman onun bütün səfirlikləri bizim üçün hədəfə çevriləcək”, – deyə Şekarçinin sözlərini İranın dövlət teleradio şirkəti yayıb.

İmran Kərimli