Tehran internet kabellərinə nəzarət mexanizmi hazırlayıb

Tehran internet kabellərinə nəzarət mexanizmi hazırlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Hörmüz boğazında internet kabellərindən gəlir əldə etmək üçün üç praktik addım dərc edib.

Tribuna.az xəbər verir ki, Hörmüz boğazından keçən sualtı fiber optik kabellər hər gün 10 trilyon dollardan çox maliyyə əməliyyatı (SWIFT mesajları, səhm əməliyyatları və valyuta mübadiləsi daxil olmaqla) ötürür.

Rəsmi qaynaqlar bildirib ki, lakin bu həyati əhəmiyyətli infrastruktur boğaza ənənəvi yanaşmadan (naviqasiya və enerji) kənarda qalıb və İran bundan iqtisadi və suveren fayda əldə etmir. Ona görə də, İran üç mərhələdən ibarət mexanizm hazırlayıb. Birinci mexanizm xarici şirkətlərdən ilkin icazələr və illik yeniləmələr üçün rüsum almaqddan ibarətdir. İkincisi, texnologiya nəhənglərini (Meta, Amazon, Microsoft) İran qanunlarına uyğun fəaliyyət göstərməyə məcbur etməkdir. Iranın üçüncü mexanizmi isə kabellərin təmiri və texniki xidməti üzrə eksklüziv hüquqların İran şirkətlərinə ötürülməsidir.

Fərda Uğur