Sosial şəbəkələrdə aprelin 30-da Bakıda Milli Onkologiya Mərkəzində baş verən partlayış zamanı xəsarət alan həkim Asif Nəsirlinin ölməsi barədə məlumatlar yayılıb. Məlumatda bildirilir ki, həkimlərin səyinə baxmayaraq A.Nəsirli bu gün dünyasını dəyişib.
Tribuna.az xəbər verir ki, Məsələ ilə bağlı Baş Prokurorluqdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Partlayış nəticəsində xəsarət alan həkim Asif Nəsirlinin vəziyyəti ağırdır, müalicəsi davam etdirilir. Həkimin ölməsi ilə bağlı yayılan məlumat yalandır”.
Milli Onkologiya Mərkəzində baş verən partlayışda ağır yaralanan həkim-radioloq Asif Nəsirli dünyasını dəyişib.
Tribuna.az-a bu barədə sözügedən həkimin xəstələri məlumat verib.
Həkim pasiyentin otaqda açdığı qumbara nəticəsində ağır yaralanmış, qarın ve baş nahiyyəsindən ciddi xəsarət almışdı.
Qeyd edək ki, 1988-ci il təvəllüdlü Mübariz Sahib oğlu Əliyevin qanunsuz olaraq əldə edib saxladığı partlayıcı vasitəni qeyd olunan müalicə müəssisəsinin Radiologiya şöbəsində partlatması nəticəsində həkim Asif Akif oğlu Nəsirovu ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Baş vermiş partlayış nəticəsində Mübariz Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Gülşən Rəsul









