Böyük Britaniya, Polşa, Latviya, Danimarka və Xorvatiya öz könüllülərinə Ukraynada döyüşməyə icazə verib. TİA.Az-ın məlumatına görə, bu qərar artıq Avropa-Rusiya müharibəsinin başlanması kimi qiymətləndirilir. İngilis, polyak, xorvat hərbçilər Ukrayna ordusu ilə birlikdə Rusiyaya qarşı döyüşəcəklər. Hətta bəzi analitiklər müharibənin Avropanın şərqinə qədər yayılmasını istisna etmirlər. Çünki Avropa dövlətləri, xüsusən London öz əsgərini Ukraynada döyüşməyə göndərirsə, deməli, Belarusda keçirilən görüş başlamazdan əvvəl əhəmiyyətini itirib və nəticəsi olmayacağı gözlənilən idi.
Bununla bağlı Strateji Tədqiqatlar Mərkəzinin sözçüsü, siyasi şərhçi Əziz Əlibəyli bildirir ki, növbəti ssenaridə Ukrayna cəbhəsi dəyişəcək: ” Gedişat göstərir iki, Rusiyanın taktiki hədəfindəki uğursuzluq əsl hədəflərə zərbələri tezləşdirməli olacaq.
Bunlar hara ola bilər:
Balkanlar – Serbiya
Suriya -Yaxın Şərq
Aralıq dənizi – Suriya
Afrika – MAR
Yeni əməliyyatlar xəritəsi Ukrayna uğursuzluğunu kifayət qədər əvəz edə bilər.
Bu arada, iki-üç günə Ukrayna cəbhəsi passiv müharibə cəbhəsinə çevrilməklə ortadan qalxacaq və hazırda Rusiya ilə müharibəyə tam qoşulmuş Avropa – Amerika birləşmiş gücünə qarşı Rusiya “səpələnmiş cəbhə” strategiyasına keçəcək.
Bayden sadə adam deyilmiş, ABŞ növbəti dəfə gücünün olimpinə çıxır”.
TİA.Az









