Təbrizin nəhəng neft-kimya zavodu vuruldu

Təbrizin nəhəng neft-kimya zavodu vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən ABŞ-İsrail aviasiyası Güney Azərbaycanın ən nəhəng neft-kimya zavodunu bombalayıb.

Tribuna.az xəbər verir ki, hadisə nəticəsində kompleksin böyük hissəsinə ciddi zərər dəyib.

Həmçinin yanğın da başlayıb. Zavoddan qalxan qara tüstü isə şəhərə yayılıb. Məlumatda qeyd edilir ki, yanğın nəticəsində kəskin qoxu da yaranıb.

Xatırladaq ki, “Petroşimi” kimi tanınan bu istehsal müəssisəsi böyüklüyü və istehsal gücünə görə, İranın 4-cü zavodudur. Həmin zavod dünyanın 34 ölkəsinə neft-kimya məhsulları ixrac edirdi.

Fərda Uğur