TAKSİ SÜRÜCÜLƏRİNİN YENİ FIRILDAĞI…”KARTDAN PUL ÇIXIR, AMMA…”

TAKSİ SÜRÜCÜLƏRİNİN YENİ FIRILDAĞI…”KARTDAN PUL ÇIXIR, AMMA…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taksi sürücüləri kartla ödəniş zamanı müştəriləri aldadır.

Tribuna.az yazır ki, bu barədə taksidən istifadə edən sərnişinlər bildirib. Sərnişinlərin sözlərinə görə, sifariş zamanı taksi seçildikdən sonra kartla ödəniş edilsə də, sürücü sifarişi başladıb, sonra dərhal bitirir. Bununla da müştərinin balansından pul çıxsa da, sürücü gəlmir. Sürücülər edilən zənglərə isə ya cavab vermir, ya da telefonu söndürmüş olur.

Buna səbəb kartla edilən ödənişin sürücüyə sərf etməməsi göstərilir. Kartla ödəniş zamanı sürücüyə nağd pul çatmır, ancaq balans yığılır. Bu isə gün sonunda sürücünün əliboş qalmasına səbəb olur.