Sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdən mövqelərimiz atəşə tutuldu

Sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdən mövqelərimiz atəşə tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Mayın 28-i axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
Bu barədə Tribuna.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.