Rusiyadakı azərbaycanlılara zərbə: Putin SƏRT qərar imzaladı

Rusiyadakı azərbaycanlılara zərbə: Putin SƏRT qərar imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az Interfax-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ölkədən Azərbaycana və digər yaxın xarici ölkələrə 1 milyon rubldan çox nağd pul çıxarılmasını məhdudlaşdıran sərəncam imzalayıb.

Yeni qayda Azərbaycanla yanaşı Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Tacikistan və Özbəkistana nağd pul aparılmasına da şamil edilir.

Məlumata görə, bankdan bütün məbləğin çıxarıldığını təsdiqləyən sənədlər təqdim edildikdə, müəyyən beynəlxalq hava limanları vasitəsilə pulun ölkədən çıxarılmasına icazə verilə bilər.

Qaydanı pozan fiziki şəxslərdən 1 milyon rubldan artıq məbləğin müsadirəsi nəzərdə tutulur. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə ölkədən çıxarılan bütün nağd vəsait müsadirə edilə bilər.

Qərar 29 sentyabr 2026-cı ildən qüvvəyə minib.

İmran Kərimli