Sudana gedən Türkiyə təxliyə təyyarəsinin atıcı silahlarla hücum edildiyi öyrənilib.
Tribuna.az CNN-ə istinadən xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi təyyarənin təhlükəsiz eniş etdiyini və şəxsi heyətdə xəsarət alanın olmadığını açıqlayıb.
Milli Müdafiə Nazirliyindən verilən yazılı açıqlama belədir:
“Münaqişələrin davam etdiyi Sudanda qalan vətəndaşlarımızı təxliyyə etmək vəzifəsi üçün Vadi Sayidnaya gedən C-130 təxliyyə təyyarəmiz yüngül silahlarla hücuma məruz qaldı. Təyyarəmiz sağ-salamat eniş etdi. Şəxsi heyətimizdə xəsarət alan olmasa da, təyyarəmizdə lazımi nəzarətlər həyata keçirilir”.









