Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyi (İB) “Xəzər Tibb Mərkəzi” ilə bağlı məhkəməyə müraciət edib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə İB Bakı İnzibati Məhkəməsinə üz tutub.
Belə ki, şirkət sosial təminat üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Aygün Əhmədovanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.









