SİRKƏ TURŞUSU İÇİRDİLƏN, YANDIRILAN, UŞAĞI ƏLİNDƏN ALINAN QADINLAR… GÜNLÜK MÜRACİƏT DƏHŞƏTƏ GƏTİRDİ

SİRKƏ TURŞUSU İÇİRDİLƏN, YANDIRILAN, UŞAĞI ƏLİNDƏN ALINAN QADINLAR… GÜNLÜK MÜRACİƏT DƏHŞƏTƏ GƏTİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər ailədaxili şiddət, qadın və uşaqlara qarşı zorakılıq halları artmaqdadır. Problemin aradan qaldırılması üçün müəyyən tədbirlər görülsə də, bir gün ərzində baş verən zorakılıq və şiddət hadisələrinin xronologiyası problemin miqyasının nə qədər böyük olduğunu göstərir.

Tribuna.az xəbər verir ki, dünən – 23.05.2023 saat 15.00-a kimi Azərbaycan Uşaqlar Birliyinə aşağıdakı hallarla bağlı müraciətlər daxil olub:

1. Övladı ilə intihara cəhd edən qadın
2. Övladı sığınacağa yerləşdirilmiş, ölüm həddinə çatdırılan, benzin töküb özünü yandıran qadın
3. Qaynata, qaynı tərəfindən zorla sirkə turşusu içirdilib, 13 gün komada qalan, 1 yaş 6 aylıq övladı əlindən alınan (rəsmi nikah yoxdur, atalıq da verilməyib, uşaq qadına göstərilmir, yenidən ölümlə hədələnir) qadın
4. 9 illik cəzaya məhkum olunan, 3 yaşlı övladı yaşlı, xəstə, imkansız anasının yanında qalan qızını sığınacağa yerləşdirmək istəyən qadın
5. Taksi sürücüsü tərəfindən fiziki zorakılıq görən, özünü müdafiə edən, zərərçəkən olduğu halda təqsirləndirilən şəxs kimi tanınan qadın
6. Əri vəfat etdiyindən 3 uşaqla tək qalan heç bir dəstəyi olmadığından övladlarını sığınacağa qoymaq istəyən, işləyib balalarına arxa dayaq olmaq istəyən qadın…
7. 2 azyaşlı qızı polisdə qoyub gedən ana…