SƏRHƏDDƏ NƏ BAŞ VERİR? – ERMƏNİSTAN AZƏRBAYCANI DƏRƏLƏYƏZİ ƏLƏ KEÇİRMƏKDƏ İTTİHAM EDİR

SƏRHƏDDƏ NƏ BAŞ VERİR? – ERMƏNİSTAN AZƏRBAYCANI DƏRƏLƏYƏZİ ƏLƏ KEÇİRMƏKDƏ İTTİHAM EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi fransalı nazirə sərhəddəki vəziyyət barədə məlumat verib.

Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan Dərələyəzdə Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə söhbəti zamanı deyib ki, 2022-ci ilin sentyabr təcavüzü zamanı Azərbaycan Silahlı Qüvvələri Dərələyəzi tutmaq və Ermənistana ciddi zərbə vurmaq niyyətində idi.

General ittihamları zamanı bildirib ki, sentyabrfa Azərbaycan Silahlı Qüvvələri Dərələyəz istiqamətində Ermənistanın suveren ərazisinə (ərazi 60 kvadrat kilometrdən çox idi) daxil olub. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi iddia edir ki, Azərbaycan tərəfi cəbhə xətti boyunca 11 kilometrə yaxın və 8 kilometrə yaxın dərinlikdə əraziyə daxil olublar.

O, Fransanın xarici işlər nazirinin diqqətinə çatdırıb ki, hücum zamanı Azərbaycan Silahlı Qüvvələri raket, artilleriya və pilotsuz uçuş aparatlarından fəal şəkildə istifadə edib, həm hərbi, həm də mülki obyektlərə və infrastruktura zərbələr endirib.

O, əlavə edib ki, hazırda Azərbaycan tərəfi Ermənistanın ərazisində, təxminən 139 kvadrat kilometr ərazidə yerləşir.