SEPAH komandirlərindən biri Salar Vilayətmədarın İRİB TV-yə verdiyi açıqlama ortalığı qarışdırıb.
Tribuna.az xəbər verir ki, o, əhaliyə güllə atacaqlarını gizlətməyib.
Vilayətmədar bildirib ki, yerli hərbçilərə dinc insanlara güllə atmaq səlahiyyəti veriblər. “Biz sizin uşaqlarınızı öldürmək istəmirik. Amma onlar düşmənlə anlaşsa, onların tərəfinə keçsə, hərbçilərimizə onlara atəş açmaq hüququ verilib”.
Fərda Uğur









