SEPAH azərbaycan kəndini mühasirəyə aldı: Həbs edilənləri dəmir qəfəsdə gəzidiblər

SEPAH azərbaycan kəndini mühasirəyə aldı: Həbs edilənləri dəmir qəfəsdə gəzidiblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda 8-9 yanvarda baş vermiş qətliamın 40-cı günü mərasimləri davam edir.

Tribuna.az xəbər verir ki, artıq bir çox şəhərlərdə təhlükəsizlik qüvvələrinin cəlb edilməsinə baxmayaraq, insanlar öldürülənlərin məzarları başlarına toplaşıb, molla rejimi əleyhinə şüarlar səsləndirilər.

Məlumatlara görə, İlam vilayətinin Abdan şəhərində insanlar hakimiyyət əleyhinə yürüş keçiriblər. Tehran, Şiraz, İsfahan, Yəzd, habelə bir çox Azərbaycan şəhərlərində qəbristanlıqlar əsl mitinq yerinə dönüb. Əksəriyyət “Xameneiyə ölüm” şüarları səsləndirib.

Bir başqa məlumatda isə bildirilir ki, İranın Həmədan əyalətinin Çinar Əsədabad kəndi dünən SEPAH tərəfindən mühasirəyə alınıb. Kəndə hərbi texnika və çoxlu sayda hərbçi yerləşdirilib. Bir neçə evin damına isə pulomyot yerləşdirilib.

Səbəb həmin kəndin son aksiyalar zamanı həddindən artıq fəal olmalarıdır. SEPAH kəndi 12 saat mühasirəyə alddıqdan sonra 100-dən çox şəxsi həbs edərək, əvvəlcə onları təhqir etmək məqsədi ilə qəfəsə salaraq kəndi gəzdirib, daha sonra isə naməlum istiqamətə aparıblar.

Qeyd edək ki, Həmədanın Çinar Əsədabad kəndi əsasən azərbaycanlıların yaşadığı məntəqə kimi tanınır.

Fərda Uğur