Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) yaxın günlərdə beynəlxalq konfras keçirməyi qərarlaşdırıb.
Tribuna.az xəbər verir ki, bunun təşkili üçün keçirilən tenderin nəticələri açıqlanıb.
Məlum olub ki, DOST “SocGov 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” adlı beynəlxalq konfrans keçirəcək. Tenderin qalibi isə “PREMYER PRODAKŞİN” MMC olub.
O da qeyd edilir ki, Agentlik tədbir üçün 136 min 823 manat pul xərcləməyi qərarlaşdırıb.
Fərda Uğur









