Bu sahələrdə çalışanlara yaxşı xəbər – Dövlət pul ayıracaq

Bu sahələrdə çalışanlara yaxşı xəbər – Dövlət pul ayıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2027-2030-cu illərdə dövlət büdcəsi xərcləri dövlətin əsas funksiyalarının maliyyələşdirilməsinin təmin edilməsinə yönəldiləcək.

Tribuna.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dövlət büdcəsinin əsas xərc istiqamətləri büdcə siyasəti qarşısında dayanan çağırışlar və sosial-iqtisadi hədəflər nəzərə alınmaqla, ortamüddətli resurs zərfinə uyğun olaraq Milli xərc prioritetləri əsasında müəyyənləşdirilib.

İlkin Büdcə Bəyanatı 2027 sənədində xərc siyasətinin əsas istiqamətləri aşağıdakılardır:

Dayanıqlı və yüksək iqtisadi artımın dəstəklənməsi;

Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi;

İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpanın davam etdirilməsi;

Rəqəmsal inkişaf sahəsində prioritetlərin həyata keçirilməsi;

Əhalinin sosial müdafiəsi və rifahının gücləndirilməsi;

İqtisadiyyata dövlət büdcəsindən maliyyə dəstəyinin davam etdirilməsi;

Müdafiə olunan xərclərin maliyyə təminatı;

Dövlət proqramları və tədbirlərin maliyyə təminatı;

Təmiz ətraf mühit və “yaşıl artım”ın təmin olunması.