Şəmkirdə iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Şəmkirdə iki avtomobil toqquşub, ölən və xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 Tribuna.az Apa-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” ilə “Hyundai” markalı minik maşınları toqquşub.

Nəticədə “VAZ 2106”-nın sürücüsü ölüb, xəsarət alan 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.