DÇ-2026-nın 1/16 final mərhələsində Meksikaya 0:2 hesabı ilə məğlub olan Ekvador millisi istədiyi qolu vura bilməyib.
Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Sebastyan Bekkasese oyundan sonra deyib.
Mütəxəssis mübarizəyə görə futbolçulara minnətdarlığını ifadə edib:
“Həqiqətən ilk hissədə rəqib bizdən çox üstün oldu. Lakin sonradan toparlandığımızı düşünürəm. Bizə əlavə ruh yüksəkliyi verəcək və hər şeyi daha yaxından hiss etdirəcək qolu vura bilmədik. Bu macəraya, səyahətə görə futbolçulara və ölkəyə minnətdaram. Heç bir gileyim yoxdur, yalnız təşəkkür edirəm”.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada keçirilən DÇ-2026 iyulun 19-da başa çatacaq.









