SAXTA İÇKİ 12 NƏFƏRİN ÖLÜMÜNƏ SƏBƏB OLDU – 50 İL HƏBS CƏZASI

SAXTA İÇKİ 12 NƏFƏRİN ÖLÜMÜNƏ SƏBƏB OLDU – 50 İL HƏBS CƏZASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

32 nəfər Çorluda aldıqları saxta içkidən zəhərlənib.

Tribuna.az NTV-yə istinadən xəbər verir ki, bu şəxslər arasında Pakistan vətəndaşları İxlague Hussam və Emin Kırcaali, Mehmet Pamukçu, Sadık Akın Usal, Altuğ Oktay, Turan Vardı, Remzi Zabınoğlu, Nurcihan Enginin həyat yoldaşı Levent Engin, Hasan Nişancı, Vedat Bektaş və Ahmet Ataman həyatını itirib, 20 nəfər isı xəstəxanada müalicə olunur.

Hadisə ilə əlaqədar polis tərəfindən saxlanıldıqları və Bolqarıstandan saxta içkilər gətirərək rayondakı köşklərə satdıqları iddia edilən Metin Dobrucalı, Kudret Uyğur, Cengiz Girgin, VV, HC və S.M. həbs edilib. Şübhəlilər vəkillərinin etirazı əsasında mühakimə olunana qədər sərbəst buraxılıblar.

Çorlu 1-ci Ağır Cəza Məhkəməsində keçirilən qərar iclasında müttəhimlər Cengiz Girgin, Metin Dobrucalı və Kudret Uyğur, eləcə də vəkillər iştirak edib.

Saxlanılan şəxslər 50 il, 8 ay müddətinə azadlıqdan məhrum edilib.