Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı bəlli olub

Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı bəlli olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvanda keçirilən kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub.

Federasiyanın Mətbuat xidmətindən  verilən məlumata görə, yarımfinalın hər iki partiyasında Aydın Süleymanlıya qalib gələn Misrətdin İsgəndərov finalda iştirakını təmin edib.

Digər yarımfinalda ümumi hesab bərabərləşib. İlk oyunda Vasif Durarbəyliyə uduzan Məhəmməd Muradlı cavab görüşündə məğlubiyyətin əvəzini çıxıb. Rəqiblər bu gün saat 18-00-dan ikinci finalçını müəyyən edəcək.

Qeyd edək ki, Azərbaycan çempionatının ümumi mükafat fondu 22 min manat təşkil edir. Çempion şahmatçı 8 min manat qazanacaq.