RUSİYA XARKOVDA DİNC ƏHALİNİ NİYƏ BOMBALADI? – EKSPERTDƏN MARAQLI RƏY

RUSİYA XARKOVDA DİNC ƏHALİNİ NİYƏ BOMBALADI? – EKSPERTDƏN MARAQLI RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarkov şəhəri “Qrad”lardan atəşə tutulub. TİA.Az xəbər verir ki, ölənlər və yaralılar var. Hərbi ekspert, qazi-jurnalist Aqşin Kərimovun fikrincə, o deməkdir ki, hədəf mülki insanlar olub: “Çünki bildiyim qədəri ilə “QRAD”lar dəqiq silah deyil. Əgər hərbi obyekt hədəfdə idisə, bunu daha dəqiq silahlarla vura bilərdilər.

“Qrad”ı məqsədyönlü şəkildə “ya hərbi obyektə düşər, ya da mülki infrastruktura” prinsipi ilə atıblar. Yəni indiki mərhələdə mülki itki Rusiya üçün önəmli deyil, təki hədəfə nail olsun”.

Ekspert hesab edir ki, bu, Kremlin Rusiya-Ukrayna danışıqlarından maksimum şəkildə əlini gücləndirməsinə hesablanıb: “Ancaq Ukraynanın bu cür “QRAD” atəşləri ilə geri çəkilməyəcəyi aydındır.

Biz də bu mülki itkiləri Ermənistanla müharibədə yaşamışıq. Ağırdır, insanlar ağlar qalır, taleyinə faciə yazılır.
Bu baxımdan belə addımlar qətiyyətlə pislənilməlidir” .

TİA.Az