Rusiyanın Ukraynaya hücumu fevralın 20-dən sonra başlaya bilər.
Qaynarinfo xəbər verir ki, bunu Amerikanın “Politico” qəzetinə müsahibə verən analitiklər bildiriblər.
Onların fikrincə, əvvəllər səslənən 16 fevral tarixi ilə bağlı “vəsvəsə” “diqqəti əsas tarixlərdən yayındırıb”.
Ekspertlər qeyd ediblər ki, bu perspektiv həmişə yüksək qiymətləndirilib. Onların fikrincə, fevralın 20-dən sonrakı müddətə diqqət yetirmək lazımdır. Məhz o zaman Moskva və Minskin birgə keçirdiyi “ən böyük hərbi təlimlər” başa çatıb. Yalnız fevralın 20-dən sonra qoşunlar “evə” qayıtmalı olandan sonra Kremlin əsl niyyəti bəlli olacaq.
Bundan əlavə, Münhen Təhlükəsizlik Konfransı fevralın 20-də başa çatacaq. Tədbirdə Ukrayna Prezidenti Vladimir Zelenski, ABŞ-ın vitse-prezidenti Kamala Harris və ABŞ dövlət katibi Entoni Blinken iştirak edir.
“Amerikanın nüfuzlu şəxslərinin Avropada, Ukrayna rəhbərinin isə ölkədən kənarda olduğu bir vaxtda işğala başlamaq tamamilə alçaqlıq ola bilər – Putinin sevdiyi növdə geosiyasi trolluq”, – RİA Novosti nəşrə istinadən yazır.
Pekin Olimpiadası da fevralın 20-də başa çatacaq. Rusiya “Çin lideri Si Szinpini xoşbəxt etmək” üçün oyunlar bağlanana qədər hücuma keçməyəcək.
Analitiklər nəşrə bildiriblər ki, hücum martın 1-dən əvvəl baş verməsə, o zaman rahat nəfəs almaq mümkün olacaq. Lakin keçmiş amerikalı kəşfiyyatçı Andrea Kendall-Taylor xəbərdarlıq etdi ki, hətta o zaman da təhlükənin sovuşduğunu düşünmək olmaz.
Bundan bir qədər əvvəl, mk.ru-nun yazdığına görə, Amerikanın “The Wall StreetJournal” qəzetinin oxucuları NATO-nu Rusiyanın Ukraynaya hücum etməsi mövzusunda spekulyasiya etdiyinə görə nəşri ələ salmışdılar. Onlar qeyd ediblər ki, Vaşinqton və London Moskva ilə son Ukrayna əsgərinə ölənə qədər vuruşacaqlar.









