Rusiya ilə Ukrayna arasındakı böhran futbola da təsir edəcək.
Fanat.Az xəbər verir ki, İngiltərə mətbuatı belə iddia ilə çıxış edib.
“Daily Star”ın iddiasına görə, UEFA Sankt-Peterburqda keçirməyi planlaşdırdığı UEFA Çempionlar Liqasının finalının təhlükədə olduğunu düşünür. Avropa futbol qurumu finalın yeri ilə bağlı qərarını yenidən nəzərdən keçirəcək.
Son günlər iki ölkə arasında gərginliyin artmasının ardından UEFA-nın 2022-ci il Çempionlar Liqası finalı üçün alternativlər axtarmağa başladığı vurğulanıb. Bildirilib ki, iki ingilis komandası finala vəsiqə qazanarsa, nəhəng qarşılaşma “Uembli”də keçirilə bilər.
UEFA Çempionlar Liqasının finalının oynanılacağı stadionun yerləşdiyi şəhərə 4 milyon avroya yaxın gəlir mənbəyi yaradacağı bildirilib.









