Dünyaca məşhur müğənni və biznesmen Rihanna sosial media hesabında yeni fotolarını paylaşaraq diqqət çəkib.
Tribuna.az xəbər verir ki, Rihanna paylaşımında “Even outside has rules” (Çöldə də qaydalar var) ifadəsini yazıb.
Paylaşımda sənətçi “Savage X Fenty” məhsullarından istifadə etdiyi görüntüləri təqdim edib.
Brend Rihanna tərəfindən yaradılıb və alt geyimləri ilə yanaşı, ev geyimləri və müxtəlif rahat geyim kolleksiyaları ilə tanınır.
Rihannanın paylaşımı qısa müddətdə sosial şəbəkələrdə maraq doğurub. Müğənninin yeni fotoları izləyicilər tərəfindən çoxsaylı bəyənmə və şərhlərlə qarşılanıb.
Gülşən Rəsul













