“Peynirci Baba” vergi borcunu vaxtında ödəmir

“Peynirci Baba” vergi borcunu vaxtında ödəmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə ənənəvi səhər yeməyi məhsullarının satışı üzrə ixtisaslaşmış məşhur mağazalar şəbəkəsinin – “Peynirci Baba”nın Azərbaycandakı təmsilçisi kimi təqdim edilən “Türkaz Ticarət” MMC (VÖEN – 1804873621) dövlət büdcəsinə olan vergi borcunu vaxtında ödəməyib.
Tribuna.az Yeniavaz.com-a istinadən xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixinə olan məlumata görə, “Türkaz Ticarət” MMC-nin vergi borcu 21 min 973 manat 61 qəpik təşkil edib.
Məlumat üçün bildirək ki, 2020-ci ildə dövlət qeydiyyatına alınan “Türkaz Ticarət”in nizamnamə kapitalı 100 manat təşkil edir. Hüquqi ünvanı “Sabunçu rayonu, Babək, ev 123D”də yerləşən MMC-nin qanuni təmsilçisi Murat Ozendir.
Qeyd edək ki, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) rəsmi veb saytında “Türkaz Ticarət” MMC “Peynirci Baba”nın Azərbaycandakı təmsilçisi kimi təqdim olunur.
Onu da bildirək ki, “Peynirci Baba” mağazasının müştərilərə təqdim etdiyi satış çekində vergi ödəyicisi kimi “Kəpəz Company” MMC (VÖEN – 1906313821) göstərilir. 2025-ci ilin fevral ayından fəaliyyət göstərən “Kəpəz Company” MMC-nin qanuni təmsilçisi isə Zamanov Habil Qabil oğludur.