Azərbaycanda qəbiristanlıqla bağlı CƏRİMƏLƏR: BUNU ETSƏNİZ…

Azərbaycanda qəbiristanlıqla bağlı CƏRİMƏLƏR: BUNU ETSƏNİZ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbiristanlıqların idarə olunması və dəfnlərin təşkili zamanı müəyyən edilmiş tələbləri pozan şəxslər və vəzifəli şəxslər cərimələnə bilər.

Tribuna.az Ajans.az-a istinadən xəbər verir ki, dəfn barədə məlumatın dəfnlərin vahid reyestrinə daxil edilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə vəzifəli şəxslər 100 manatdan 300 manatadək cərimə edilir.

Qəbiristanlıqların qorunması tələblərinin, eləcə də dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə fiziki şəxslər 20 manatdan 50 manatadək, vəzifəli şəxslər isə 500 manatdan 1 000 manatadək cərimə edilir.

Qəbir yerlərinin rezervasiyası ilə bağlı tələblərin pozulmasına, həmçinin dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə 500 manatdan 1 000 manatadək cərimə tətbiq olunur.