Türkiyənin Bursa şəhərində hərəkətdə olan avtomobilin kapotunu açaraq mühərrikə müdaxilə edən təmirçinin görüntüləri diqqət çəkib.
Tribuna.az xəbər verir ki, hadisə Bursa şəhərinin Nilüfer rayonunda, İzmir Yolu prospektində baş verib.
Məlumata görə, avtomobil hərəkətdə olarkən təmirçi kapotu açaraq mühərrik bölməsini yoxlamağa başlayıb. Avtomobil yoluna davam etdiyi halda mühərrikə müdaxilə edən şəxs nasazlığı aradan qaldırmağa çalışıb.
Hərəkətdə olan avtomobilin kapot hissəsində təmirçinin çalışdığını görən digər sürücülər təəccüblənib.
Təhlükəli müdaxilə anları yoldan keçən digər avtomobillərdəki şəxslərin mobil telefon kameraları ilə lentə alınıb.
Gülşən Rəsul









