“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı

“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Misli Premyer Liqasında 6-cı tura start verilir.

Tribuna.az  “Qafqazinfo”ya istinadla xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.

Liderlər qrupunda olan “Neftçi” “Qəbələ” ilə qarşılaşacaq. Bu, “ağ-qaralar”ın Azərbaycan çempionatlarının yüksək dəstəsindəki 1000-ci matçıdır. Digər görüşdə isə “Qarabağ” “Şəfa”nı qəbul edəcək.

18 sentyabr

17:30. “Qəbələ” – “Neftçi”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Namiq Bəkirov Tural Qurbanov

Qəbələ şəhər stadionu

19:45. “Qarabağ” – “Şəfa”

Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, İslam Məmmədov, Kamranbəy Rəhimov

Tofiq Bəhramov adına Respublika Stadionu