Türkiyədə məşhur şəxslərə qarşı aparılan narkotik maddə istintaqı çərçivəsində yeni əməliyyat keçirilib.
Tribuna.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində İstanbul İl Jandarma Komandanlığı tərəfindən bir sıra ünvanlara eyni vaxtda əməliyyat keçirilib.
Əməliyyat zamanı aralarında aktyor Aras Bulut İynemli, müğənni Sefo, aktrisa Melis Sezen, keçmiş futbolçu Hasan Şaş və aktrisa Nilperi Şahinkayanın da olduğu tanınmış şəxslər barəsində gözaltı qərarı verilib.
Baş Prokurorluğun açıqlamasına görə, istintaq çərçivəsində şübhəlilərin narkotik və ya psixotrop maddələrdən istifadə etdiyi, narkotik maddənin istifadəsini asanlaşdırdığı və ya bunun üçün yer təmin etdiyi ilə bağlı əsaslı şübhəni dəstəkləyən sübutlar əldə olunub.
Gözaltı qərarı verilən əsas siyahıda Aras Bulut İynemli, Seyfullah Sağır (Sefo), Melis Sezen, Nilperi Şahinkaya, Melisa Şenolsun, Hande Demir, Hasan Şaş, Afra Saraçoğlu, Melis İşiten, Yağız Sabuncuoğlu, Yeliz Yeşilçimen, Aydan Osmanlı, Anıl Durmuş, Muhammet Kahyaoğlu, Aytaç Kart, Sayat Zurnacı, Eyüpcan Pırlanta və Rıfat Atlı da yer alır.
Türkiyə mediasında yayılan məlumatlara görə, əməliyyatın gedişində həmin şəxslərdən bir qismi artıq gözaltına alınıb. İlkin xəbərlərdə gözaltına alınanların sayı ilə bağlı fərqli rəqəmlər yayılsa da, əməliyyatın davam etdiyi bildirilib.
İstintaq davam edir.
Gülşən Rəsul










