Murat Dalkılıç 14-cü dəfə əməliyyat olunacaq

Murat Dalkılıç 14-cü dəfə əməliyyat olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli məşhur müğənni Murat Dalkılıç səhhəti ilə bağlı illərdir yaşadığı problemdən danışıb.

Tribuna.az  xəbər verir ki, Ceyda Düvencinin proqramına qonaq olan sənətçi bu günə qədər 13 dəfə burun əməliyyatı keçirdiyini, buna baxmayaraq, hələ də rahat nəfəs ala bilmədiyini və yaxın zamanda 14-cü dəfə əməliyyat olunacağını açıqlayıb.

Dalkılıç bildirib ki, əməliyyatlarının səbəbi estetik narahatlıq deyil. O, uşaqlıqdan burun sümüklərində nəzarətsiz böyümə problemi olduğunu deyib. Müğənni ilk əməliyyatını cəmi 7 yaşında keçirib.

Sənətçinin sözlərinə görə, əməliyyatlardan birində ağır infeksiya keçirib və burun toxuması ciddi zədələnib. Hətta 11 saat yarımdan çox davam edən əməliyyat zamanı infeksiya düşdüyünü deyən Dalkılıç vəziyyətini belə ifadə edib:

“Burnum yox idi! Yan tərəfdən baxanda insanın burnu olar, elə deyilmi? Mənimki yox idi”.

Müğənni illər ərzində qulaq və qabırğasından götürülən qığırdaq və toxumalardan istifadə edilərək bir sıra bərpa əməliyyatları keçirib.

Dalkılıç vurğulayıb ki, qarşıdakı əməliyyatın əsas məqsədi görünüşünü dəyişdirmək deyil, normal nəfəs ala bilməkdir.