Uşaqları artıq sosial şəbəkə, Tiktok tərbiyə edir – Nura Suri

Uşaqları artıq sosial şəbəkə, Tiktok tərbiyə edir – Nura Suri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi şagird və tələbələri artıq valideyn tərbiyəsi deyil, sosial şəbəkələrin alqoritmləri və oyunlar formalaşdırır, yönləndirir və idarə edir.

Tribuna.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkələrdə yayılan məktəbli və tələbələrin videoları ilə bağlı danışarkən deyib.

Nura Suri əlavə edib ki, kitab oxumayan, fikrini ifadə edə bilməyən nəsil yetişir:

“Son 3–4 gündə bəzi şagird və tələbələrin düşüncə tərzinə, davranışlarına və etdiklərinə bu platforma sayəsində açıq-aşkar şahid olduq. Bunlar hələ yalnız kameraya düşənlərdir, görmədiklərimizin sayı bəlli deyil heç.

Kitab oxumayan, fikrini uzun müddət bir mövzu üzərində cəmləyə bilməyən bir nəsil yetişir. Sosial şəbəkələrdə 5–7 saniyəlik videoları dayanmadan sürüşdürmək insanı qısamüddətli dopaminə alışdırır; nəticədə nəyisə sona qədər oxumaq, anlamaq və təhlil etmək getdikcə çətinləşir.

Hətta bir çoxunda ADHD-ni xatırladan diqqət dağınıqlığı və impulsiv davranışlar görünür.

Bu uşaqların bir qismini artıq valideyn tərbiyəsi deyil, sosial şəbəkələrin alqoritmləri və oyunlar formalaşdırır, yönləndirir və idarə edir. Ən qorxulusu isə budur ki, valideynlərin çoxu baş verənlərin fərqinə belə varmır.

TikTok insanların daxilindəki bütün çirkinlikləri rentgen kimi göstərən platformadır. Kim necədirsə, burada elə də görünür”.

Gülşən Rəsul