96 yaşlı milyarder Uorren Baffet istefa verdi

96 yaşlı milyarder Uorren Baffet istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il “Berkshire Hathaway” şirkətinin baş direktoru vəzifəsindən istefa verən 96 yaşlı əfsanəvi investor Uorren Baffet dünən şirkətin direktorlar şurasının sədri vəzifəsindən də istefa verib və yerini oğlu Hovard Baffetə buraxıb.

Tribuna.az xarici mediaya istinadla xəbər verir ki, milyarder fəxri sədr vəzifəsini icra edəcək və idarə heyətinin üzvü olaraq qalacaq. 2025-ci ildə baş direktor vəzifəsini icra edən Qreq Abelin sözlərinə görə, Uorren Baffetin yaratdığı korporativ mədəniyyət və onun müdafiə etdiyi dəyərlər “Berkshire” şirkətinin təməli olaraq qalacaq və Baffet Jr. “onların qəyyumu olacaq”.

CNBC keçmiş baş direktorun sözlərini sitat gətirir: “Zaman həmişə öz təsirini göstərir”. Keçən il vida mesajında o, oxuculara digər şeylərlə yanaşı, “xeyirxahlığın pulsuz, eyni zamanda əvəzsiz olduğunu” xatırlatdı və onlara keçmiş səhvlərdən əl çəkməyi və səhvlərə görə özlərini qınamamağı məsləhət görüb.

1965-ci ildə Baffet o vaxtlar çətin vəziyyətdə olan tekstil şirkəti “Berkshire Hathaway”in nəzarət payını əldə edib və daha sonra bu paydan investisiya və sığorta ilə məşğul olan holdinq şirkəti yaratmaq üçün yararlanıb. 2024-cü ildə şirkət texnologiya sektorundan kənarda bazar kapitallaşması trilyon dolları keçən ilk şirkət olub.

O, uzun illər milyarder Bill Qeytslə dostluq edib, onun yaratdığı xeyriyyə fonduna pul köçürüb, lakin Bill Qeytsin intim qalmaqalları faş olandan sonra dostların arası sərinləyib.