30 ildir ağzında diş çöpü gəzdirir – Səbəb siqaret imiş

30 ildir ağzında diş çöpü gəzdirir – Səbəb siqaret imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün “Beşiktaş” – “Marsel” matçını izləmək üçün İstanbula gələn fransalı məşqçi Jan Tiqananın hələ də ağzında diş çöpü gəzdirməsi diqqət çəkib.

Azarkeşlər Tiqananın niyə hələ də diş çöpü ilə gəzdiyini müzakirə ediblər.

 

Məlumata görə, Tiqana bu vərdişə 18 yaşında siqareti tərgitdikdən sonra başlayıb. O, siqareti buraxdıqdan sonra əllərini və ağzını məşğul saxlamaq üçün diş çöpündən istifadə edib.

 

Zamanla adi bir vərdişə çevrilən diş çöpü Tiqana üçün gündəlik həyatının ayrılmaz hissəsi olub. Fransalı mütəxəssis 30 ildən artıqdır ki, həm futbol meydanlarında, həm də gündəlik həyatında bu vərdişini davam etdirir.

 

Qeyd edək ki, J.Tiqana 2005-2007-ci illərdə “Beşiktaş”ın baş məşqçisi olub.