ARB TV-dən gedən Elgizin yeni verilişi

ARB TV-dən gedən Elgizin yeni verilişi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ARB TV ilə yollarını ayıran aparıcı Elgiz Əkbər yeni layihəsini yutubda təqdim edib.

Tribuna.az xəbər verir ki, “Şadlıq olsun” adlı proqram bu gündən yayıma başlayıb.

Elgiz bildirib ki, sosial mövzulu layihə çərçivəsində ehtiyacı olan, evlənmək istəyən insanlara yardım göstəriləcək. Aparıcı yeni proqramı ilə sosial problemlərə diqqət çəkməyi və imkan daxilində insanlara dəstək olmağı qarşısına məqsəd qoyduğunu deyib.

“Qeyri-etik insanların burada yeri olmayacaq. İnsanları reytinq xatirinə qıcıqlandırmaq istəmirik. Televiziyya başqa bir cəmiyyətdir. Bəzilərimiz bu məsələlərdən sui istifadə etdik” deyə, Elgiz söyləyib.