Türkiyəli aktrisa Sıla Türkoğlunun 4 il əvvəl baş rolunda çəkildiyi və Kanal 7-də yayımlanan “Emanet” serialının istehsal şirkəti “Karamel yapım” tərəfindən ona qarşı açılan məhkəmə işi üzrə qərar verilib.
Tribuna.az xəbər verir ki, istehsal şirkəti serialdan ayrıldığı üçün aktrisadan 600 min lirə maddi və 50 min lirə mənəvi təzminat istəyib.
Məhkəmə işi bu gün yekunlaşıb. İş üzrə hazırlanan bütün ekspert rəyləri istehsal şirkətinin lehinə olsa da, məhkəmə hakimi iddianı rədd edib.
Məhkəmə Sıla Türkoğlunun müqaviləni ləğv etməkdə haqlı olduğuna qərar verib.









