Ukrayna müdafiə naziri Aleksey Reznikov müharibənin bitməsinin mümkün vaxtı ilə bağlı sualı cavablandırıb.
Tribuna.az xəbər verir ki, nazir “RBC-Ukrayna”ya verdiyi müsahibədə bu müharibənin sprint məsafəsi deyil, marafona bənzədiyini və ona görə də ukraynalıların “finiş xəttinə” nə qədər yaxın olduğunu söyləmək mümkün olmadığını bildirib.
“Bunun sprint deyil, marafon olduğunu başa düşəndə öz-özümə dedim ki, gözlə, marafon məsafəsinin son 195 metrini qaçmaq üçün ondan əvvəl 42 kilometr qət etməlisən. Bu o deməkdir ki, siz 42 kilometr yolda enerji və resurs toplamalı, tempi davam etdirməli, ağılla sərf etməli və sonra 195 metr qalanda şığımalısan. Bu lentə ilk toxunmaq və ya heç olmasa mükafatçılar arasında olmaq üçün”, deyə Reznikov qeyd edib.
Nazirin sözlərinə görə, bütün ukraynalılar indi “marafon qaçır” və “indiyə qədər biz bütün mərhələni uğurla keçmişik”.
“Biz bu marafonu keçiririk və düşünürəm ki, yaxşı qaçırıq. Özü də bütün ölkə. Bizim finiş xəttinə neçəsə kilometrlər yaxın olduğumuzu demək istərdim, amma bunu deyə bilmirəm”, deyə nazir əlavə edib.









