Rayonlardakı hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Rayonlardakı hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 17-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Tribuna.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, avqustun 14-ü və 15-i gecə və səhər əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.