Bakıda intihar hadisəsi olub.
34 yaşlı Umudova Nahidə Sadiq qızı Kürdəxanı qəsəbəsində səhər saat 04:00 radələrində özünü yaşadığı evin həyətindəki qaz borusundan asıb.
Nahidənin ərinin ölümünə dözə bilməyərək özünü asdığı qeyd edilib.Onun meyitini bacısı və qonşusu aşkar ediblər.
N.Umudova intihardan əvvəl mərhum ərinin telefonuna “Mən sənsiz qala bilmərəm” sözlərini yazıb və intihar edib.Cütlük 12 il evli olublar. 10 il uşaqları olmayıb. Daha sonra bir qızları olub və hazırda 2 yaşı var.
TİA.AZ lent.az-a istinadən xəbər verir ki, Nahidə Umudovun həyat yoldaşı Fəxri Umudov bir neçə gün əvvəl paytaxtın Sabunçu rayonunda 3 avtomobilin toqquşması nəticəsində sürücüsü olduğu “Mitsubishi Pajero” markalı avtomobilində ölüb.
Qeyd edək ki, oktyabrın 10-da axşam saatlarında Kürdəxanı şosesi, Əjdər Məlikov küçəsində yerləşən “Nail Market”in qarşısında 23 yaşlı İlkanə Əhmədova idarə etdiyi “Chevrolet Malibu” markalı avtomobili yolun sağında dayanmış vəziyyətdə olan “Audi” və “Mitsubishi” markalı avtomobillərə çırpıb.
Nəticədə avtomobilin yanında dayanmış “Mitsubishi”nin sürücüsü, 1984-cü il təvəllüdlü Umudov Fəxri Məzahir oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. 38 yaşlı F.Umudov müxtəlif şirkətlərdə çalışıb. O, son olaraq istixana kompleksində mühəndis kimi fəaliyyət göstərirmiş.













