“Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı – VİDEO

“Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ” bu gecə növbəti oyununa çıxıb.

Tribuna.az xəbər verir ki, təmsilçimiz İngiltərənin “Nyukasl Yunayted” klubu ilə üz-üzə gəlib.

“Sent Ceyms Park” stadionunda keçirilən matç fevralın 25-i, saat 00:00-da başlayıb.

“Nyukasl”ın heyətindən llan Sandro Tonali oyunun 5-ci dəqiqəsində hesabı açaraq matçın ilk qolunu vurub. Oyunun 6-cı dəqiqəsində isə rəqib komandadan Joelinton daha bir qol vuraraq, hesabı 2:0 edib.

Görüşün 3-cü qolunu təmsilçilərimiz hesabına yazdırıb. “Qarabağ”ın heyətində Kamilo Duran oyunun 51-ci dəqiqəsində top fərqini azaldıb – 2:1.

1 dəqiqə sonra “Nyukasl”ın heyətində Botman fərqlənib və oyunun 52-ci dəqiqəsində hesabı 3:1 edib. Ancaq çox keçmir ki, “Qarabağ”ın heyətində olan Elvin Cəfərquliyev top fərqini azaldıb. Oyunun 57-ci dəqiqəsində vurulan qol ilə hesab 3:2 olub.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 3:2 hesabı ilə uduzaraq UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.

Sənan Məmmədli

Şərhlər