“Qarabağ”ın daha bir oyununun vaxtı dəyişdirildi

“Qarabağ”ın daha bir oyununun vaxtı dəyişdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Qarabağ”ın Azərbaycan Premyer Liqasında daha bir oyununun vaxtı dəyişdirilib.

Tribuna.az-ın Peşəkar Futbol Liqasına istinadən məlumatına görə, Ağdam təmsilçisi XXXIII turda “Qəbələ” ilə matçı öncədən nəzərdə tutulduğu kimi, mayın 6-da keçirməyəcək.

XXXII turun “Neftçi” – “Qarabağ” görüşü aprelin 30-dan mayın 2-nə təxirə salındığından, ağdamlıların bir tur sonra “Qəbələ” ilə ev qarşılaşmasının mayın 8-də oynanılması qərara alınıb.
“Azersun Arena”da baş tutacaq “Qarabağ” – “Qəbələ” oyunu saat 20:00-da start götürəcək.