Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın SSKA klubuna penaltilər seriyasında məğlub olan “Qarabağ” avrokuboklarda mübarizəsini UEFA Konfrans Liqasında davam etdirəcək.
Tribuna.az xəbər verir ki, Ağdam təmsilçisi Konfrans Liqasının III təsnifat mərhələsində Ukraynanın “Dinamo” (Kiyev) komandası ilə qarşılaşacaq. İlk görüş avqustun 6-da Polşanın Lyublin şəhərində, cavab oyunu isə avqustun 13-də Bakıda keçiriləcək.
Konfrans Liqasının pley-off mərhələsinin püşkü isə bu qarşılaşmalardan əvvəl – avqustun 3-də atılacaq. “Qarabağ”ın UEFA klub reytinqinin yüksək olması səbəbindən “Dinamo” – “Qarabağ” cütü püşkatmada səpələnmişlər sırasında yer alacaq.
“Qarabağ” Kiyev təmsilçisini mübarizədən kənarlaşdıracağı təqdirdə pley-off mərhələsində aşağıdakı komandalardan biri ilə qarşılaşa bilər:
* İspaniyanın “Xetafe” klubu;
* “Riyeka” (Xorvatiya) – “İlves” (Finlandiya);
* ÇFR Kluj (Rumıniya) – “Tromsö” (Norveç);
* HİK (Finlandiya) – “Moteruell” (Şotlandiya);
* “Tvente” (Niderland) – DAK 1904 (Slovakiya);
* RFS (Latviya) – “Yablonets” (Çexiya);
* “Brann” (Norveç) – “Apollon” (Kipr);
* “Jalgiris” (Litva) – “Hayduk” (Xorvatiya);
* “Şkendiya” (Şimali Makedoniya) – “Hibernian” (Şotlandiya);
* “Avstriya” (Vyana) – “Beytar” (İsrail);
* GKS Katovitse (Polşa) – “Hapoel” Təl-Əviv (İsrail);
* “Vaduts” (Lixtenşteyn) – “İnter” (Finlandiya);
* “Norşellann” (Danimarka) – “Valyur” (İslandiya);
* “Auda” (Latviya) – “Dinamo” Tirana (Albaniya).
Bundan başqa, Avropa Liqasının III təsnifat mərhələsində məğlub olacaq aşağıdakı cütlüklərdən biri də “Qarabağ”a rəqib ola bilər:
* “Benfika” (Portuqaliya) – “Harts” (Şotlandiya);
* “Beşiktaş” (Türkiyə) – “Hradets-Kralove” (Çexiya);
* “Ferensvaroş” (Macarıstan) – “Qurnik” (Polşa);
* “Makkabi” Təl-Əviv (İsrail) – SSKA (Bolqarıstan).
Beləliklə, püşkün nəticəsindən asılı olaraq “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Avropa Liqasında ona mane olan ÇSKA ilə yenidən üz-üzə gələ bilər.









