PUTİN ZELENSKİNİ DEVİRƏNƏ QƏDƏR… – EKSPERTDƏN PROQNOZ

PUTİN ZELENSKİNİ DEVİRƏNƏ QƏDƏR… – EKSPERTDƏN PROQNOZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Putin tezliklə Zelenskini devirib dərhal hərbi əməliyyatları dayandırmağı hədələyib. Kiyevə olan həmlələr də buna hesablanıb. Lakin şəhərin müdafiəsi davam edir və Ukrayna prezidentinin Amerikanın təxliyə təklifini rədd etməsindən görünür ki, sona qədər döyüşmək əzmindədir. Bu gecəyə qədər toqquşmalar həlledici ola bilər”.

Bu sözləri TİA.Az-a siyasi şərhçi Ramiyə Məmmədova deyib. Ekspert müharibədən Rusiyanın ciddi itki ilə çıxacağını düşünür: “Söhbət iqtisadi, mənəvi məğlubiyyətdən gedir. Qərbin və Amerikanın arzusu elə Rusiyanın hücum etməsi, sanksiyalara bəhanə verməsi idi. İndi uzunmüddətli sanksiyalar dövrü gəlir. Hətta Rusiya Ukraynada hərbi qələbə qazana bilər, amma dünyada böyük nifrət yaratdı, təzyiqlər hər zaman olacaq, İranla eyni vəziyyətə düşdü”.
Təhlilçi Ukrayna ordusunun daha iki gün də müqavimət göstərsə, vəziyyəti öz xeyrinə dəyişə biləcəyini güman edir: “Zelenskiyə hər yerdən dəstək gəlir, silah və maliyyə yardımı olunur, paralel sanksiyalar gücləndirilir. Əgər Ukrayna xalqı sona qədər dirəniş göstərsə, Rusiya geri çəkilə, ölkənin şərqində dayana bilər”.

TİA.Az