Premyer Liqada mövsümün ilk turunun cədvəli açıqlandı

Premyer Liqada mövsümün ilk turunun cədvəli açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Premyer Liqasında 2026/2027 mövsümünün ilk turunun oyun cədvəli açıqlanıb.

Tribuna.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Sabah” klubunun rəsmi müraciətini, “Kəpəz” klubunun rəsmi razılıq məktubunu nəzərə alan PFL ölkənin beynəlxalq arenada idman nüfuzunun uğurla təmsil olunmasını rəhbər tutaraq adıçəkilən kollektivlər arasında baş tutacaq birinci və ikinci dövrədəki oyunlarının yerini dəyişib.

14 avqust (cümə)

19:30. “Turan Tovuz” – “Qəbələ”

Tovuz şəhər stadionu

15 avqust (şənbə)

18:30. “Araz-Naxçıvan” – “İmişli”

Qəbələ şəhər stadionu

20:45. “Sabah” – “Kəpəz”

“Bank Respublika Arena”

16 avqust (bazar)

19:00. “Sumqayıt” – “Neftçi”

“SOCAR Polymer Arena”

21:00. “Zirə” – “Şəfa”

Zirə İdman Kompleksinin stadionu

17 avqust (bazar ertəsi)

19:30. “Qarabağ” – “Şamaxı”

Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, I turun bütün oyunları Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanacaq.