Bessent: İran Hörmüz boğazında tankerlərə PUA-larla hücum edir

Bessent: İran Hörmüz boğazında tankerlərə PUA-larla hücum edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın maliyyə naziri Skott Bessent İranın Hörmüz boğazından keçən tankerlərə pilotsuz uçuş aparatları ilə hücum etdiyini bildirib.

Tribuna.az xəbər verir ki, Bessent bunu “Fox News”a müsahibəsində deyib.

Onun sözlərinə görə, bəzi tankerlər hücuma məruz qalsa da, yollarına davam edirlər.

“Tankerlər zərər görə bilər. Onların çoxu isə sadəcə yollarına davam edir. İranlılar onların ardınca üç, dörd, beş, altı PUA göndərə bilər. Bizim Hərbi Dəniz Qüvvələrimiz onların qarşısını alır”, – Bessent deyib.

Bessent qeyd edib ki, hazırda Hörmüz boğazından sutka ərzində 10–17 milyon barel neft daşınır. O, müharibədən əvvəl bu göstəricinin təxminən 20 milyon barel olduğunu bildirib.