ANAMA itlər üçün 46 min manatlıq aksesuar alır

ANAMA itlər üçün 46 min manatlıq aksesuar alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) “Universal-RA” MMC ilə satınalma müqaviləsi imzalayacaq.

 Tribuna.az xəbər verir ki, ANAMA şirkətdən itlər üçün aksesuarlar almağı planlaşdırır. Buna görə “Universal-RA” MMC-yə 46 215,88 manat ödəniləcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Universal RA” MMC 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Hüquqi ünvan Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, ev 6, mənzil 174-də yerləşir. Şirkətin qanuni təmsilçisi Abbasov Rəşad Bəhlul oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında əlavə məlumatlar yoxdur.

Qaynarinfo