Tikinti şirkətində işləyən 30-a yaxın şəxs maaşlarını ala bilmir.
Tribuna.az xəbər evrir ki, şikayətçilər iddia edirlər ki, işlədikləri “BI Group” tikinti şirkəti aylardır ödənişlərini vermir.
Şikayətçilər Xəzər Tv-yə bildirirlər ki, şirkətin onlara ödəməli olduğu məbləğ ümumilikdə 116 min manatdır.
Səsləndirilən iddialarla bağlı sözügedən şirkətin təsisçisi Eldəniz Paşazadə bildirdi ki, yaranmış anlaşılmazlıq öz həllini tapıb. Sabah işçilərə ödəniş həyata keçirələcək.









