Məhkəmədən Trampın qərarına zərbə: Jurnalistlər Ağ Evə girəcək!

Məhkəmədən Trampın qərarına zərbə: Jurnalistlər Ağ Evə girəcək!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də federal hakim CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişinin bərpa edilməsinə qərar verib.

Tribuna.az xəbər verir ki, “Reuters”in məlumatına görə, hakim üç media qurumuna tətbiq olunan qadağanın böyük ehtimalla Konstitusiyaya zidd olduğunu bildirib.

Qeyd edək ki, sentyabrın 18-də ABŞ Prezidenti Donald Tramp CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişini qadağan etmişdi. Tramp sözügedən media qurumlarını administrasiya haqqında yanlış məlumat yaymaqda ittiham etmişdi. ABŞ Prezidenti digər “saxta xəbər” media qurumlarına qarşı da analoji addımlar atacağı barədə xəbərdarlıq etmişdi.